Bəhreyn İnqilabının mənəvi rəhbəri bu ölkənin siyasi məhbuslarının aclıq aksiyalarına olan beynəlxalq və regional dəstəklərin davam etməsinin zərurətini vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Şeyx İsa Qasim ölkədə siyasi məhbusların aclıq aksiyasının davamına reaksiyada deyib: Bəhreyn xalqı həbsxanada olan övladlarının vəziyyətinə göz yuma bilməz. Çünki bu xalqın insanlığı, qeyrəti və dini onlara zülmkar qarşısında müqavimət göstərib məzlumlara dəstək olmasını deyir.
Şeyx İsa Qasim daha sonra deyib: Məzlum xalqın zindanlarda zülmə məruz qalması qarşısında susması zalımla eyni səviyyədə olması deməkdir.
O, vurğulayıb: Ayıq vicdanların fəryadı davam etməlidir. İstər işgəncə verən olsun, istərsə də buna əmr edənləri pisləmək beynəlxalq və regional dəstəyə ehtiyaclıdır. Məhbusların nahaq yerə zindanda qalması isə düzgün iş deyil.