Sionist mediaları Mossad başçısının ötən həftə Rayxman Universitetindəki çıxışını analiz edərək onun təhdidlərinin Tehrana deyil, Vaşinqtona yönəldiyini elan ediblər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, siyasi analitik Əmir Barşalomun məqaləsində deyilir: David Barneanın son çıxışı İrandan öncə Vaşinqtona yönlənmişdi. Çünki o, son zamanlar İran barədə gedən siyasi dəyişikliklər, Belçikanın razılığı ilə Əsədullah Əsədinin azadlığı və bu qəbildən olan bir sıra mövzular haqda ABŞ-ın reaksiyalarından narahat idi.
David Barnea Rayxman Universitetindəki çıxışında hətta İsrailin Əsədullah Əsədinin işi barədə Fransa, Belçika və Avstriya ilə onun daha 20 il həbsdə qalacağı razılığını əldə etdiyini də gizlətməmişdi.
Barnea məhkumlar məsələsini qabartmaqla əslində səsini ABŞ-a çatdırmaq istəyir, əsəblərini kontrol etməyə çalışsa da buna nail ola bilmirdi.
Analitikin fikrincə David Barnea bütün çıxışı boyu İranı deyil, Amerikanı təhdid edirdi. Çünki Mossad İranın Amerika ilə müzakirələri zamanı da bir neçə amerikalını casusluq ittihamı ilə həbs etdiyini və ABŞ-ın buna heçç bir reaksiya vermədiyindən sinirlənmişdi.
Əmir Barşalom məqaləsinin sonunda belə bir nəticəyə gəlir ki, David Barneanın təhdidləri əbəsdir. Çünki İsrailin son (terror) aktlarının əsaslanma potensialı yoxdur və sırf puç iddialardan başqa bir şey deyil.