Sionist rejimin keçmiş generalı Livana son hava hücumunun İsrailin müharibədə məhv olması ilə nəticələnəcəyini deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İshaq Brik bu gün (20 sentyabr) sionist rejim ordusunun Zahiyəyə hava hücumlarından sonra deyib: Livanda rabitə qurğularının partladılmasının İsrailin texnoloji cəhətdən inkişafını göstərsə də, Hizbullahın hiddəti səbəbinə bizi məhv edəcək. Bu taktiki əməliyyat İsrailin təhlükəli şəraitində heç bir strateji dəyişiklik yaratmayacaq.
İsrailin FM 103 radiosuna müsahibə verən Brik əlavə edib: Baş nazir Benyamin Netanyahunun Qəzzə müharibəsinin davamında israrı İsrailin bir il sonra müxtəlif sahələrdə süqut etməsi ilə nəticələnəcək. Peycerlərin partladılması isə müharibənin davam edəcəyi barədə şübhələri daha da gücləndirməkdən əlavə, müharibənin bir neçə cəbhədə olacağını sübut etdi.
İranın da bu müharibəyə qoşulma ehtimalının güclü olduğunu deyən Brik deyib: Bu İsrailin indiki böhranlı şəraiti üçün heç də yaxşı olmayacaq.