Qərb mediaları bu gün Amerika imperializmini süquta sürükləyən BRİCS sammitinin Cənubi Afrikada öz işinə başlamasından xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, SRF “BRİCS-ə üzv ölkələrin ABŞ hegemonluğunu sındırır” məqaləsi ilə dünya ölkələrinin dedolarizasiya məsələsinə olan həssaslığından yazıb.
Məqalədə deyilir: Bu gün Yuhansburqda BRİCS ölkələri ABŞ-ın süqut yollarını müzakirə edəcəklər.
Məqalədə deyilir: Əlbəttə, BRİCS ölkələrindən olan Rusiya prezidenti Vladimir Putin haqqında Beynəlxalq Məhkəmənin həbs qərarını nəzərə alaraq o, onlayn surətdə bu sammitdə iştirak edəcək.
İsveçrəli ekspert Sebastyan Ramspekin fikrincə Çin BRİCS-in ən güclü ölkəsi kimi digər dövlətlərin başında dursa da digər ölkələr də ABŞ hegemoniyasına qarşı durmaq üçün bu mövqedən istifadə edirlər.
Ramspekin sözlərinə görə BRİCS-ə üzv olmaq istəyən çox ölkələr var hamının hədəfi eynidir. Amma Çinin əsas məqsədi dolları dünya bazarından çıxarmaq, dövriyyəyə digər valyutanın təyin edilməsi ilə Amerikanın dünya üzərindəki supergüc statusunu süqut etdirməkdir. Ekspertin fikrincə Səudiyyə Ərəbistanının BRİCS-ə üzvlüyü isə macəranın caziədarlığını birəbeş artıracaq.
Xatırladaq ki, Pekin BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının genişləndirilməsini və üzv dövlətlərin sayının artırılmasını təklif edib. Bu təklifi Çinin xarici işlər naziri Van İ səsləndirib. Bu təklif Çin Xarici İşlər Nazirliyinin saytında yayımlanıb. Görünür, Pekin bu təklifi səsləndirdikdən sonra digər üzv dövlətlərin rəyini öyrənməyə çalışacaq.
BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başlayıb.
Braziliya — kənd təsərrüfatı məhsulu ilə zəngindir;
Rusiya — dünyada ən böyük mineral resursların ixracatçısıdır;
Hindistan — ucuz intellektual resurslar;
Çin — ucuz əmək resurslarının sahibidir;
Cənubi-Afrika respublikası — təbii resurslar.