Qafqaztimesin məlumatına görə, Əbdül-Rəhim Ənsari adlı sosial şəbəkə fəalı Teleqramda yazıb:
Livanlı bir fotoqraf gecə vaxtı Rafale qırıcısının bədii fotosunu çəkə biləndə bu şəklin onun ən mübahisəli işlərindən birinə çevriləcəyini heç düşünməmişdi.
Əvvəlcə bəzi insanlar bunun fotoşopla və ya süni intellektlə edildiyini söyləməyə çalışsalar da, araşdırmalar onun real foto olduğunu göstərdi. Bəs bu foto niyə mübahisələrə səbəb oldu? Hekayə belədir ki, fransız Rafale qırıcısı yalnız Misir, İordaniya və fransızların bu ölkələrdəki öz bazasındadır; Ona görə də bu qırıcının Livan səmasında olmasının Qəzzə və Cənubi Livanın bombalanmasında uyğun ölkələrin sionistlərlə həmkarlığından başqa heç bir izahı yoxdur.
Ya Misir və İordaniya birbaşa olaraq İsrailə yardım edib, ya da Fransa onların ərazisindən istifadə edərək müqavimətə hücum edib. Hər iki hal Fələstinə və Livana xəyanət sayılır!
Qeyd: Sosial şəbəkələrdəki məlumatları dərc etmək onu təsdiqləmək demək deyil və yalnız bu şəbəkələrin ab-havası barədə auditoriyanı məlumatlandırmaq üçün yayımlanır.
mashregh
1 şərh
Your writing is like a breath of fresh air in the often stale world of online content. Your unique perspective and engaging style set you apart from the crowd. Thank you for sharing your talents with us.