Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Yaxın Şərqdə gərginliyin artması riskinə qarşı xəbərdarlıq edib.
İRNA-nın məlumatına əsasən, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün (24 iyun) Yaxın Şərqdə gərginliyin artması və regional münaqişəyə çevrilməsi ehtimalı barədə xəbərdarlıq edib.
Məlumata görə, Borrell Lüksemburqda Aİ XİN-lərinin yekun iclasından sonra deyib: Livan Avropa İttifaqının yardımlarına güvənə bilər.
Borrell həmçinin deyib: Hizbullahın da iştirak etdiyi genişmiqyaslı qarşıdurma riski realdır. Münaqişə Livana yayılarsa, bölgəyə və onun hüdudlarından kənara ciddi təsir göstərəcək.