BMT baş katibi Yaxın Şərqdə sülhə gedən yeganə yolun ayrı-ayrılıqda İsrail və Fələstin dövlətinin yaradılmasından keçdiyini vurğulayıb.
İRNA-nın məlumatına əsasən, BMT-nin baş katibi Antonio Quterreş bu gün (18 may) “X” sosial media hesabında paylaşım edərək yazıb: Qəzzadakı müharibə – açıq yaradır. Zorakılıq və qeyri-sabitlik dövrünə son qoymağın yeganə yolu İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yanaşı mövcud olduğu, Qüdsün hər iki dövlətin paytaxtı olduğu iki dövlət yaratmaqdır.
Digər bir xəbərdə BMT-nin Ümumdünya Ərzaq Proqramı təşkilatı X hesabında mühasirədə olan Qəzza zolağına humanitar yardımın ötürülməsi üçün iki mühüm keçidin bağlanmasından narahatlığını ifadə edərək yazıb: Rəfah və Kərəm Şalom keçidlərinin bağlanmasının yardımların ötürülməsinə çətinlik yaratdır.
Qeyd edək ki, dünən (17 may) ABŞ-ın Qəzzədə müvəqqəti limanının açılmasına reaksiyada Həmas bəyanat yayaraq bütün quru keçidlərinin yenidən açılmasının zəruri olduğunu da vurğulayıb.
2 şərhlər
먹튀검증사이트: https://nktoday.kr/
먹튀검증사이트: https://nktoday.kr/