Sionist rejimin radikal təhlükəsizlik naziri Qəzzə zolağında aclıqdan əziyyət çəkən fələstinlilərə humanitar yardımların qarşısının alınmasını istəyir.
İRNA-nın məlumatına əsasən, İtamar Ben Qvir bu gün (11 sentyabr) 6 sionist girovun öldürülməsi barədə fikrini ifadə edərkən deyib: Qəzzəyə humanitar yardım çatdırılmasın.
Həmasın sionist girovlarla uyğunsuz rəftarlar etdiyini və əsirlərin qəsdən öldürüldüyünü iddia edən Ben Qvir əlavə edib: Bu qətlin cavabı məlumdur. Bütün humanitar yardımların qarşısı alınmalı, Həmasa yanacaq çatdırılmamalıdır. Yalnız bu vasitə ilə onları məhv etmək mümkündür.
Xatırladaq ki, Qəzzə müharibəsi 12-ci aydır ki, davam edir. İsrail bu 12 ay müddətində Qəzzəyə humanitar yardımların qarşısını müxtəlif yollarla alır və bundan sonra da almağa çalışır. Sionist rejimlə Həmas arasında Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə gedən danışıqlar hələ bir nəticə verməyib.