Sionist rejim təhlükəsizlik naziri Qərb sahili və işğal olunmuş Qüdsdə fələstinlilərə qarşı istifadə məqsədi ilə israilli qəsəbə sakinlərinə silah daşıma qanununda dəyişikliklər edib.
Əl-Aləm telekanalının məlumatına əsasən, itamar Ben Qvirin əmri əsasında israilli qəsəbə sakinlərinin aylıq olaraq şəxsi silah daşıma kvotası 2 mindən 10 minə qədər yüksəldilib.
Məlumatda deyilir: Hər ay işğal olunmuş ərazilərə 2 min ədəd şəxsi silah gətirilirisə, indi 10 min ədəd olub. Bu isə Ben Qvirin fələstinlilər əleyhinə siyasətlərinin bir nümunəsidir.
İşğal olunmuş Fələstin torpaqlarında şəxsi silah daşıma icazəsi rəsmi müsahibədən sonra verilir. Bu müsahibədə həbsxana məmurları, hərbçilər, təqaüddə olan ordu işçiləri prioritet daşıyır.
