QafqazTimes.com Rian-a istinadən xəbər verir: Amerika Mərkəzi Kəşfiyyat İsdarəsinin sabiq eksperti Corc Bibi Baydeni Hitlerin səhvini təkrarlamaqdan çəkinməyə çağırıb. Bibi deyib ki, nifrət alovu qızışdıran Baydenin faciəli bir müharibəyə start verməsi mümkündür. ABŞ-ın dünyada “Rusiya Ukraynaya hücum edəcək” şayiəsi doğrudan da hərbi konfliktlə nəticələnə bilər. Bibi National Interest jurnalında yazır: Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını iddia edən Bayden heç bir sübut göstərmir. Bir zaman Teodor Ruzveltlə Vilhelm 2 arasında qarşılıqlı etimadsızlıq da iki xalqı müharibənin bir addımlığına gətirib. Rusiya hücum fikrində olmadığını və Qərbin şayiələrinin daha çox NATO qüvvəsini Rusiya sərhədləri ətrafında yerləşdirməyə hesablandığını bildirir. Rusiya hərbi təlimlərdən sonra Cənub və Qərb hərbi qüvvələrini qərargaha qaytardığı zaman NATO Rusiya sərhədlərində öz arsenalını gücləndirir.
Bayden yuxusuz gecədən sonra!
Əvvəlki yazı
