Donald Trampın gələcək prezident seçkilərindəki rəqibi Joe Baydenin biabırçı şəkildə İrana təslim olduğunu deyib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ prezident seçkilərinin partiyadaxili mərhələsi namizədlərindən biri bu dünən (10 avqust) Joe Baydenin İranla məhbus mübadiləsi sazişini tənqid edərək deyib: Bu qərar Amerika prezidentinin İrana təslim olması deməkdir.
Əlbəttə məhbus mübadiləsi xəbərindən sonra bir neçə ABŞ rəsmisi də sosial media hesablarında bu barədə tənqidedici mesajlar yazıblar.
Qeyd edək ki, dünən ABŞ və İran bir neçə iranlı məhbusun azad edilməsi və Tehranın dondurulan 6 milyard dollarlıq aktivlərini əldə edilməsi qarşılığında beş Amerika vətəndaşını vətənlərinə qaytarmaq barədə razılığa gəliblər.
Razılaşmanın ilk addımı olaraq İran hakimiyyəti ev dustaqlığında olan 4 ABŞ vətəndaşını həbsxanadan Tehrandakı otelə köçürüb. Bundan əvvəl daha bir amerikalı qadın ev dustaqlığına buraxılmışdı.
Amerikalılar vətənlərinə qayıtdıqdan sonra ABŞ hakimiyyəti sanksiyalar rejimini pozduqlarına görə cəza çəkən bir neçə iranlını azad edəcək. Bundan əlavə, Vaşinqton Tehranın neft satışından aldığı təxminən 6 milyard dolları qaytaracaq. Bu vəsaitin humanitar xərclərin ödənilməsinə yönəldiləcəyi gözlənilir.