Bakıda yerləşən restoranlardan birinin mətbəxindəki antisanitariya faktı ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məşğul olur.
Bu barədə qurumdan bildirilib: “Məlum hadisə sosial şəbəkədə paylaşılıb. Fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.
13:00
Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
Həmin görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Onlar gülərək siçovulun haradan mətbəxtə gəlməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qeyd edək ki, həmin restoranın “Biblioteka” olduğu iddia edilir.
Həmin görüntüləri təqdim edirik :