Bu gün gecə saatlarında Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi faktı təsdiqləyib.
“Hadisəyə “Mercedes” markalı 77-BB-123 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Nəticədə həmin avtomobil digər iki nəqliyyat vasitəsinə çırpılıb və sonda aşıb.
Hadisə nəticəsində “Mercedes”də olan iki sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”, – deyə T. Nəsirli bildirib.