Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda baş verən avtomobil qəzası ilə bağlı açıqlama verib.
İdarədən bildirilib ki, hadisə bu gün Bakı-Quba yolunun 75-ci kilometrliyində baş verib:
“Mitsubishi” markalı avtomobilinin sürücüsü idarəetməni itirib və aşıb. Nəticədə sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.