Qafqaztimes xəbər verir ki, yüzlərlə iraqlı bu gün şəhid Əbu Mehdi əl-Mühəndis və Hacı Qasim Süleymaninin xatirələrinə olan abidəyə maneə yaradılmasına etiraz olaraq Bağdad hava limanına yürüş edib.
İraqın Əl-Əhd telekanalının məlumatına görə, qəzəbli nümayişçilər Mustafa Əl-Kazimi hökumətinin şəhidlərin xatirəsinə abidə ucaldılmasına mane olmasına etiraz olaraq Bağdad hava limanının qapısına hücum ediblər.
Nümayişçilər Əl-Kazimi hökumətinin şəhidlərin İraq üçün göstərdikləri fədakarlıqlara qarşı etinasız mövqeyini pisləyən şüarlar səsləndiriblər.
Bağdadda keçirilən bu etiraz yürüşündə təhlükəsizlik qüvvələri geniş şəkildə iştirak edib.
Ötən gecə də bir qrup iraqlı bu hadisəyə etiraz olaraq Bağdadda yürüş keçirmişlər.
Bəzi İraq mənbələrinə görə, Bağdad bələdiyyəsi şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndisin xatirəsinə olan bu abidənin yararsız olduğunu əsas gətirərək quraşdırılmasına qarşı çıxıb.