Azərbaycan dekabrın 15-dən İranda konsulluq fəaliyyətini bərpa edəcək.
İRNA-nın məlumatına əsasən, Azərbaycan Respublikası xarici işlər nazirliyi bu gün (13 dekabr) bəyanat yayaraq elan edib ki, bazar günündən etibarən konsulluq şöbəsinin İranda fəaliyyətə başlaması bu ölkə vətəndaşları və digər şəxslərə xidmət məqsədi ilə nəzərdə tutulan qərarlardandır.
Xatırladaq ki, iyun ayının 15-də Azərbaycan Respublikası XİN-I Tehrandakı səfirliyinin fəaliyyətini elan etmişdi.
Məlumata görə, hal-hazırda Azərbaycan Respublikası diplomatları İrana geri qayıdıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi əlavə edib: İran diplomatik müdafiə sahəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan Respublikasının səfirliyinin yeni binası qarşısında təhlükəsizliyin təmin edilməsi üçün diplomatik münasibətlər haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər həyata keçirib.