Avstraliyanın xarici işlər naziri sionist rejimin İordan çayı qərb sahilindəki mövcudluğu, qəsəbə salma siyasətlərini “qanunsuz” və bu məkanın “işğal olunmuş Fələstin torpaqları” olduğunu elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Peni Vang bu gün (8 avqust) sionistlərin Qərb sahilində qəsəbə salaraq məskunlaşmasının qanunsuz olduğunu deyib.
P.Vang sonra Avstraliyanın sionist rejimin qəsəbəsalma siyasətlərinə öz müxalif mövqeyini elan edib və ölkənin Fəhlə Partiyası da bu müxalifətə qoşulub.
Vang Avstraliya dövlətinin işğal olunmuş Fələstindəki vəziyyətin kəskin dərəcədə şiddətlənməsindən, diqqəti cəlb edəcək həddə sülhün zəifləməsindən nigarançılığını da gizlətməyib.
Xatırladaq ki, bir neçə il əvvəl Avstraliyanın işğal olunmuş Qüdsün İsrailin paytaxtı kimi tanınmasına olan meyli hazırkı şəraitdə İordan çayı qərb sahilinin Fələstinin işğal olunmuş torpaqları kimi qəbul etməsi analitiklərin mübahisə obyektinə çevrilib.