QafqazTimes.com ANNA-ya istinadən xəbər verir: Niderlandda “barbekyu” gecləri adlı aksiyalar keçirilir. PEGIDA (vətənpərvər avropalılar islamlaşmaya qarşı) anti-islam hərəkatı Ramazan ayı boyu məscidlərin qarşısında iftar saatında aksiyalar planlaşdırır. Cümə günü PEGIDA elan edib ki, 12 şəhərdə məscidlərin qarşısında aksiya keçiriləcək.
PEGIDA ilk aksiyasını 2014-cü ildə Almaniyanın Drezden şəhərində keçirib. PEGIDA-ya qatılanların sayı 25 min nəfərə çatmışdı.
Avropada islamlaşmaya qarşı hərəkat arxasında güclü siyasi qüvvələr dayanır və hərəkat maliyələşdirilir. Hansı ki islamlaşma Avropa cəmiyyətindəki mənəvi böhranla bağlıdır. Ailə institunun dağılması, cəmiyyətin qocalması avropa başçılarını məcbur edib ki, müsəlman mühacirləri qəbul etsinlər.