Sky xəbər telekanalı amerikalı senator Cuick Grassleyin hesabatına əsasən, Co Baydenin prezident köməkçisi olduğu zaman Ukrayna şirkət sahibindən 5 milyon dollar rüşvət alması barədə xəbər yayımlayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, 2020-ci ilin iyun ayında Co Bayden və oğlu Hunter Burisma Holding şirkət rəhbərindən toplam 10 milyon dollar rüşvət alıblar.
Bu rüşvətxorluq haqda fakt FBİ məxfi sənədlərində mövcuddur.
Məlumata görə rüşvət ABŞ bazarlarına qaz idxalının asanlaşdırılması və qaz müqavilələrinin sürətlə imzalanması üçün verilib.
Sənəddə, ayrıca “Burisma” üst idarəçisinin şirkəti araşdıran Ukraynadan olan bir prokurorun qovulması üçün prezident Bayden və oğluna pul ödəməyə “məcbur edildiyi” iddiası yer alır.
Grassley mövzu ilə bağlı açıqlmasında Ədliyyə Nazirliyi və Federal Araşdırmalar Bürosunun Baydenin prezident köməkçisi olduğu dönəmdə “rüşvət planına” qarışması iddialarına dair detal verməsi haqqında basqı etdiyini bildirib.
Grassley dövlət qurumlarının bu mövzuda gərəkli addım atmadığını söyləyib.