ABŞ-da məktəb şagirdi öz inşasında anasının evdə atasına necə atəş açması barədə yazıb.
Bundan sonra Tennessi ştatından olan 28 yaşlı Kaydra Conson şerif müavinləri tərəfindən həbs edilib. O, dörd uşağı evdə olarkən ərinə qarşı odlu silahdan istifadə etməkdə ittiham olunub.
Polisin məlumatına görə, ana və ata mübahisə ediblər. Kişi qadını gözündən vurub. Sonuncu isə çarpayının altından silah götürərək ərinə atəş açıb. Həmin vaxt uşaqlar qonaq otağında olub. Qadın silahı kişiyə doğruldaraq üç dəfə atəş açıb. Xoşbəxtlikdən güllələr divara dəyib.
Zabitlər evə baxış keçirən zaman həqiqətən də qonaq otağının, yataq otağının və dəhlizin divarlarında bir neçə güllə dəliyi aşkar ediblər.
Conson ərini güllələdiyini etiraf edib, lakin polisə bunun yalnız ərinin onu yumruqladıqdan sonra baş verdiyini deyib.