Yer kürəsi 16 mərtəbəli bina ölçüsündə asteroidlə toqquşa bilər

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2046-cı ildə Piza qülləsi böyüklüyündə asteroidin Yerlə toqquşacağı ilə bağlı məlumat yayıb.

Məlumata görə, göy cismi DW 2023 olaraq təyin edilib. Onun diametri 49,3 metrdir.

Bildirilir ki, asteroid planetimizə 2046-cı il fevralın 14-də yaxınlaşacaq. Hesablamalar onun Yerdən 1,8 milyon km məsafədən keçməli olduğunu göstərsə də, hesablama xətası səbəbindən onun planetlə toqquşma ehtimalı hələ də mövcuddur.

Qeyd edək ki, belə böyük cisim yerə düşərsə, onun atmosferdə tamamilə məhv olma şansı yoxdur. Ona görə də, insanları böyük bir ərazidən təxliyə etmək ehtiyacı yarana bilər.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO