25 il turistləri gəzdirdi- Beli əyildi – FOTO

Heyvan haqları müdafiəçiləri 71 yaşlı filin əhvalatını nəql ediblər.

O, 25 il insanları belində gəzdirib. Daimi yükdən heyvanın onurğası eybəcərləşib.

Taylanddakı Vəhşi Təbiətin Dostları Fondunun (WFFT) əməkdaşları Pay Lin adlı heyvanın şəkillərini dərc ediblər.

Məlumata görə, bəzən heyvan eyni anda altı nəfərə qədər turisti daşımaq məcburiyyətində qalıb. Buna görə də onun onurğası deformasiyaya uğrayıb.

Fil artıq xilas edilib və hazırda Hua Hin yaxınlığındakı Vəhşi Təbiət Dostları Fondunun qoruğunda xilas edilmiş 24 fillə birlikdə yaşayır.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO