ABŞ cəmiyyəti azğınlaşmağa davam edir: Kişi qadını qaçıraraq illərlə əsir saxlayıb – FOTO

Bu günlərdə ABŞ-da qadını oğurlayaraq əsarətdə saxlamaqda şübhəli bilinən Texas sakini saxlanılıb.

İlkin məlumatlara görə, 42 yaşlı Abraham Bravo Sequra adı açıqlanmayan qadını 4 il həbsdə saxlayıb. Kişi avtomobil qoşqusunu qıfıl və barmaqlıqlarla təchiz edib. Buna görə qadın çölə çıxaraq qaça bilməyib.

Qadın onu qaçıran şəxs işdə olarkən mobil telefon əldə edə bilib. O, polisə harada olduğunu bildirib.

Şübhəlinin dostu polisə bildirib ki, Sequra zərərçəkmişi girov saxlamayıb, çünki o, onları tez-tez bir yerdə görüb və “cütlük” onun evinə ziyafətə gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və şəraitini müəyyənləşdirirlər.

Related posts

300 il öncə batmış şəhər yenidən göründü – FOTO

Qrimm qardaşlarının yoxa çıxan 27 kitabı tapılıb – FOTO

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO