Tel-Əvivdə “faşist siyasətləri”nə etiraz aksiyası keçirildi

Tel-Əviv İsrail baş naziri Binyamin Netanyahu kabinetinin siyasətləri əleyhinə minlərlə nəfərin iştirak etdiyi mitinqə şahidlik edib.

Əl-Aləm telekanalının verdiyi məlumata əsasən, etirazçılar “Rədd ol”, “Faşizm əleyhinə birlikdəyik”, “Demokratiya təhlükə altındadır” və “Bura bizim hamımızın evidir” plakatları ilə Tel-Əviv “Hebima” meydanına toplaşıblar.

Mitinqdə toplaşanlar son zamanlar iki radikal nazirinin irqçi rəftarlarını tənqid edən şüarlar səsləndiriblər.

İsrail Əmək Partiyasının rəhbəri Mirav Mixalili twitter hesabında yazıb: “Biz ölkəmizin viran olmasına icazə verməyəcək və demokratiyanın bərqərarı üçün mübarizə edəcəyik” demək üçün minlərlə etirazçı ilə küçələrə çıxdıq.

Xatırladaq ki, ötən il 29 dekabrda Netanyahunun yeni nazirlər kabineti öz fəaliyyətinə başlayıb. İordan çayı qərb sahillərinin işğal olunmuş ərazilərində qəsəbəsalma və məhkəmə sisteminə nəzarətin zəiflədilməsi məsələsi NK-nin əsas layihələrindəndir.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir