Livanla müharibədə qələbə çalmaq bir xülyadır

Sionist rejimin yüksək rütbəli bir hərbçisi İsrail ordusu sabiq baş qərargah rəisini tənqid edərək deyib ki, bu ordunun müharibə qüdrəti yoxdur və Livanla müharibə başlayarsa, qələbə çalmaq xülyadan başqa bir şey deyil.

Əl-Aləm telekanalının verdiyi məlumata əsasən, bu hərbçi İsrail ordusu keçmiş baş qərargah rəisi general Avio Kuxavini tənqid edərək deyib ki, Avio Kuxavini planları quru qüvvələrinə kəskin zərbələr vuracaq.

Onun sözlərinə görə İsrailin gələcəkdə ağır döyüşlərə, misli görünməmiş daxili təhdidlərlə üzləşmə imkanı var. Haluki ordu qüvvələrimizdə çatışmazlıqlar var.

İsrail ordusunun yüksək rütbəli bu rəsmisi həmçinin Avio Kuxavinin əmri ilə hava qüvvələrinin Suriyaya bir hücumunu da ifşa edərək deyib: Onlar bizim harada nəyə hücum etdiyimizi bilmirlərmi? Bununla belə yenə də həqiqəti olduğu kimi demədilər. Biz Suriyada məqsədlərimizə çatmaqdyıq. Lakin onlar Livanda səssiz-səmirsiz uzaqmənzilli raket istehsalı zavodları tikdirirlər.

Related posts

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı

Rəfəh şəhidlərinin sayı artır