Çikaqo məktəblərində cinsi istismar artır

ABŞ tədqiqatçıları təkcə bir il ərzində Çikaqo məktəblərində 600 cinsi istismar faktını təsdiqləyirlər.

Fars İnformasiya Agentliyinin verdiyi xəbərə görə, 2021-2022-ci təhsil ilində təkcə Çikaqo orta məktəblərində şagirdlərə qarşı 600 cinsi təcavüz və istismar haqda şikayət olub.

Rashatoday-in verdiyi məlumatda deyilir ki, müəllim və məktəb işçilərinin şagirdlərə təcavüz faktları sadəcə edilən şikayətlərə əsasən təsdiqlənib və bu tədris ilində faktlarla bağlı şikayətlər ötən dərs ilinə nisbətən 2 dəfə artıqdır.

Daxil olan şikayətlərdə təkcə müəllimlərin deyil, məktəb əməkdaşlarının da yeniyetmə qızlara qarşı cinsi təcavüzkarlıq faktı Çikaqoda rüsvayçılığa səbəb olub.

Qeyd edək ki, çoxdandır ki, beynəlxalq cəmiyyətlər Amerikada, Hollivudda, siyasətçilər arasında, universitetlərdə, hətta ölkə rəhbərliyində seksual zorakılıq barədə xəbərləri adi qarşılayır. Məktəblərdə seksual zorakılıq isə hər zaman gündəmdə saxlanılan problemdir.

Related posts

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı

ABŞ-ın yeni Qəzzə oyunu