“Məhəmməd” Hollandiyanın sevimli adı

Hollandiya dövlət orqanlarının verdiyi hesabata görə bu 2022-ci ildə ölkədə doğulan uşaqlara verilən adların siyahısında Məhəmməd adı ikinci yeri tutur.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, 2022-ci ildə Hollandiyada yeni doğulmmuş körpələrə qoyulan adlar sırasında Nuh adı birinci yerdədir.

Son zamanlar Avropada islamofobiya gücləndirilsə də müsəlmanların sayı artmaqdadır.

Bu məlumata görə təkcə Almaniyada 2014-cü ildən bu günə kimi 800 məscid hücum və təhdidlərə məruz qalsa da, rəsmi məqamlar bu hadisələrə laqeyd yanaşıblar. Halbuki Fransadan sonra 83 milyon əhalisi olanAlmaniya müsəlmanların çoxluq təşkil etdiyi bir ölkədir.

Fransa daxili işlər nazirinin dediyinə görə son zamanlarda bu ölkədə 21 məscid bağlanıb. Onun iddiasına görə 99 məsciddə aparılan təftişlər zamanı 21 məsciddə radikal müsəlmanlığın əlamətləri müşahidə edildiyi üçün bağlanılması haqqında qərar verilib.

Xatırladaq ki, 2022-ci ildə Hollandiyada doğulan 677 qız uşağına ən çox seçilən ad  “Emma” olub.

Related posts

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı

Hollandiyalı vəkillər Netanyahunun həbsini tələb edir

Kolumbiya: İnsanlığın ölüməsinə razı deyilik