Tala Naci: İsmayıl Qaani Qasim Sülemani yolunu gedir

Qafqaztimes xəbər verir ki, Fələstin Milli Qurtuluş Hərəkatının baş katibi Talal Naci, İslam İnqilabı Korpusunun Qüds ordusu komandiri Sərdar İsmayıl Qaanini tərif edərək onun General Qasim Süleymani ilə eyni istiqamətdə hərəkət etdiyini vurğulayıb.

Əl-Məyadin telekanalına verdiyi müsahibədə Naci Sərdar Qaaninin şəxsiyyətini tərifləyərək, onu “sevimli əzmkar, təvazökar, qərarlı və özünə inamlı” olaraq xarakterizə etmişdir. Onun bütün fələstinli qrupları dəstəkləməyə çalışdığını deyən Talal bildirib: “Mən ilk dəfə onunla görüşürdüm, o, Həzrət İmam Xameneinin (İslam İnqilabının lideri) rəhbərliyi ilə həmin General Qasim Süleymaninin yolunu davam etdirən bir komandirdir.”

Müsahibənin başqa bir yerində Talal Naci Livan Hizbullahına da təşəkkür edərək, Hizbullahın Fələstinə kömək etdiyi üçün tərifə layiq olduğunu söyləyib. O, qeyd edib ki, Hizbullah düşmən sionistlə nə vaxt mübarizə aparırsa, əslində bütün İslam ümmətinin adından mübarizə aparır.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…