Almaniyada şiddət və uşaq istismarında görünməmiş artım

Qafqaztimes xəbər verir ki, Almaniyanın Die Welt qəzetinin yazdığına görə, 2020-ci ildə Almaniyada 60 mindən çox uşaq və yeniyetmə laqeydlik, psixoloji və fiziki zorakılıqlar nəticəsində zərər görmüşdür ki, bu da misli görünməmiş bir rəqəm hesab olunur.

Keçən il koronavirusla əlaqədar karantin zamanı uşaqlara qarşı məişət zorakılığının artması ilə bağlı bir çox xəbərdarlıqlar olmuşdu və indi bu narahatlıqlar reallığa çevrilib.

2012-ci ildən uşaqlara qarşı şiddətlə bağlı statistika hazırlanmasından bəri, 2020-də olduğu kimi bu qədər uşaqların rifahının riskli olması qeydə alınmamışdır.

Alman Federal Statistika İdarəsi çərşənbə günü ölkədə təxminən 60,600 uşaq və yeniyetmənin istismara və zorakılığa məruz qaldığını və bu göstəricinin 2019-cu ilə nisbətən 9% çox olduğunu açıqlayıb.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO