Rusiya: ABŞ-İŞİD əməkdaşlığına dair güclü dəlillərimiz var

Qafqaztimes xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Moskvada ABŞ ilə İŞİD terror qrupu arasında sıx əməkdaşlığı göstərən çox sayda sənəd olduğunu söyləyib.

Bu məlumata görə Zaxarova bu faktların çox aydın və güclü olduğunu və Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumlara təqdim edilə biləcəyini vurğulayıb. Moskva Suriyada ABŞ-İŞİD işbirliyinə dair sənədlərlə yanaşı, Əfqanıstandakı ABŞ-İŞİD əməkdaşlığına dair çoxsaylı faktlar da toplayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü sənədlərin hamısının dəqiq və təfərrüatlı olduğunu bildirərək, deyib: “Rusiyanın sənəd toplama üsulu BMT Təhlükəsizlik Şurasında mübahisələrə səbəb olan və sonda saxta olduğu aşkarlanan Anqlo-Saksonların üslubundan deyildir.”

Bundan əvvəl Vladimir Putinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov, Rusiyanın Əfqanıstanda ABŞ-İŞİD əməkdaşlığını göstərən sənədlərə sahib olduğunu söyləmişdi.

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…