Soçidə zenit-raket kompleksi qəzaya düşdü – VİDEO

Rusiyada “Pantsir-S1” zenit-raket kompleksi hərəkətdə olarkən aşıb.

Hadisə anı küçəyə quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.

Məlumata görə, hadisə bu gün Soçi şəhərində Mamayka çayı üzərindəki körpünün yaxınlığında baş verib.

Kadrlardan görünür ki, yol polisi tərəfindən müşayiət olunan maşın yolayrıcında dönərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı xəsarət alanın olmadığı vurğulanıb.

Related posts

“WhatsApp” dizaynını tamamilə dəyişdi – FOTO/VİDEO

Günəşdə nəhəng ləkə peyda oldu – FOTO

Argentinada iki qatar toqquşdu: Onlarla yaralı var – VİDEO