Avropada İkinci Dünya müharibəsindən qalma bomba partladıldı – VİDEO

Belçikanın Şərqi Dyunkerk şəhərində böyük təyyarə bombası aşkar edilib.  

İkinci Dünya müharibəsindən qalma bomba Kraliça Elizabet İnstitutunun reabilitasiya xəstəxanasının yaxınlığındakı çimərlikdə tapılıb.

Xəstəxananın yanında isə hələ də İkinci Dünya müharibəsindən qalma bunker var. Tapılan bombanın çəkisi 100 kiloqramdan çox olub.

Hadisə yerinə gələn zərərsizləşdirmə xidməti bombanın partladılmasına qərar verib. Əvvəlcə bomba xəstəxanadan beş kilometr aralıda yerləşən Sxipqatduynena bölgəsinə aparılıb. Polis geniş təhlükəsizlik zolağı qurub və bundan sonra bomba uzaqdan işə salınıb.

Related posts

“WhatsApp” dizaynını tamamilə dəyişdi – FOTO/VİDEO

Günəşdə nəhəng ləkə peyda oldu – FOTO

Argentinada iki qatar toqquşdu: Onlarla yaralı var – VİDEO