Fransa Qəzzədə dərhal daimi atəşkəs istəyir

Fransanın xarici işlər nazirliyi bəyanat yayaraq İsrailin Qəzzə müharibəsini dərhal dayandırması və daimi atəşkəs rejiminin təmin olunmasını istəyib.

İRNA-nın məlumatına əsasən, bəyanatda İsrail hərbçilərinin humanitar yardım karvanlarına hücumunun qəbuledilməz olduğu, qida maddəsi üçün can atan fələstinlilərə atəş açaraq yeni cinayətlərin törənməsinə reaksiya olaraq deyilir: İsrail beynəlxalq qanunlar qarşısında məsuliyyət daşımalı, mülki şəxslərlə bərabər humanitar yardım çatdıran karvanların mühafizəsi üçün ciddi tədbirlər görməlidir.

Bəyanatda həmçinin Qəzzədə tələfatın artmasında nigarançılıaqla deyilir: Hal-hazırda ilkin olaraq insanların gündəlik ehtiyaclarını təmin etmək üçün dərhal atəşkəs və Qəzzəyə humanitar yardımların çatdırılması zəruridir.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi