Sionist rejimi Suriyada bir əsgərinin ölümünü etiraf etdi

QafqazTimes xəbər verir ki, “Russia Today”-in məlumatına görə, İsrailin daxili təhlükəsizlik naziri Omer Barlev rejimin “Kan” telekanalına verdiyi müsahibədə 1984-cü ildə “Sayrt Mutakal” adlı çevik alayının komandirlərindən olmuş Barak Şarabinin Suriyada öldürüldüyünü etiraf edib.

Bu müsahibədən sonra sionist rejimin nəzarət komitəsi əvvəlcə müsahibənin yayımlanmamasını istəyib, lakin sonradan 38 ildən sonra əsgərin şəklinin, onun adının və məxfi əməliyyatın keçirildiyi məkanın dərcinə razılıq verməyə məcbur olub.

İsrailin “Yazkor” saytındakı məlumata görə, Şarabi 1981-ci ilin oktyabrında hərbi qüvvələrə üzv olub, lakin sonradan Baş Qərargahın patrul xidmətinə qoşulub.

Bir neçə il əvvəl əsgərin valideynləri müsahibə verərək bildirmişdilər ki, onlara Şarabinin avtomobil qəzasında öldüyü deyilib, lakin onun dəfnində İsrailin yüksək rütbəli hərbçiləri iştirak ediblər.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir