İsmayıl Həniyyə: Hədəfimiz Əl-Əqsadakı yeni planın qarşısını almaqdır

QafqazTimes xəbər verir ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ötən gün (cümə axşamı) bildirib ki, sionistlər artıq Məscidül-Əqsaya qorxmadan girə bilməyəcəklər, çünki Əl-Əqsa tərəfdarları onları bayraqlarını endirməyə məcbur etdilər.

O, əlavə edib: Fələstin müqavimətinin Məscidül-Əqsada İsrail rejiminin cinayətləri ilə mübarizəsinin hədəfi bu müqəddəs məkanın vaxt və məkan cəhətdən bölünməsi planının qarşısını almaqdır.

İsrailin Məscidül-Əqsanı bölmək planına əsasən, bu müqəddəs məkanda ziyarət vaxtları günün saatları və ilin günləri əsasında müsəlmanlar və yəhudilər arasında bölünəcək.

Günün vaxt bölgüsünə görə, səhər saat 7:30-dan 11-ə qədər, həmçinin günorta 13:30-dan 16-a kimi bu yer yəhudilər üçün, digər vaxtlar isə müsəlmanlar üçün nəzərdə tutulacaqdır.

Yer bölgüsünə əsasən, Məscidül-Əqsa ərazisində bütün dam örtüyünə malik olan yerlər müsəlmanların müqəddəs yerləri hesab edilir, dam örtüyü olmayan digər yerlər isə yəhudilərə məxsus olacaqdır.

Bu bölgü nəticəsində Əl-Əqsa məscidinin 40%-dən az hissəsi müsəlmanların, 60%-dən çoxu isə yəhudilərin ixtiyarında olacaqdır.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO