Məscidül-Əqsa imamı: Sionistlər Məscidül-Əqsanı bölə bilməyəcəklər

QafqazTimes xəbər verir ki, Palestine Today-in məlumatına görə, Məscidül-Əqsanın imamı Şeyx Əkrəmə Səbri bəyan edib ki, Məscidül-Əqsada etikaf saxlayanlar saylarının az olmasına baxmayaraq, sionistlərin Məscidül-Əqsa içərisində rejim bayrağını ucaltmaq planını puça çıxarıblar.

O, həmçinin deyib: “Sionistlər Məscidül-Əqsa daxilində qurban kəsmək məsələsində uğursuz olduqları kimi, indi də bu məscidin içərisində bayrağın qaldırılması məsələsində uğursuzluğa düçar oldular.”

Məscidül-Əqsanın imamı əlavə edib: “Vəziyyət çox gərginləşib və Knessetin (sionist rejim parlamenti) radikal millət vəkili İtmar ben Quvirin iddiaları biabırçı məğlubiyyəti göstərir və sionist düşmən heç vaxt məscidin zaman və məkan cəhətdən bölünməsi planını həyata keçirə bilməyəcək.”

O, həmçinin bildirib: “Biz müsəlmanlardan Məscidül-Əqsanı müdafiə etmələrini xahiş edirik, çünki bu məscid onlara bir əmanətdir.”

Bununla bağlı İslami Cihad hərəkatının sözçüsü Tariq Səlmi Məscidül-Əqsa daxilində ibadət edənlərin və etikafçıların sabitliyini və İsrail işğalçıları ilə qəhrəmancasına qarşıdurmalarını yüksək qiymətləndirib. O, mətbuata açıqlamasında bildirib ki, fələstinlilərin Əl-Əqsa məscidində geniş şəkildə toplanması məscidin müsəlmanlar və yəhudilər arasında bölünməsi planının qarşısını almaq üçün ən yaxşı zəmanətdir.

Tariq Səlmi həmçinin qeyd edib ki, Fələstin müqaviməti öz silah və sıyrılmış qılıncları ilə Məscidül-Əqsada etikaf saxlayanların müdafiəsindədirlər.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?