Ərdoğanın Suriyalı qaçqınlardan istifadə müddəti başa çatdı?!

QafqazTimes xəbər verir ki, Suriyalı qaçqınların məsələsi Ərdoğan üçün əlverişli bir vasitə oldu. Belə ki, son on ildə bunun vasitəsilə özünü Suriya böhranında əsas oyunçu kimi göstərdi və ondan Suriyanın şimalında məqsədlərinə çatmaq üçün istifadə etdi, hətta avropalılardan da kompensasiya almağa müvəffəq oldu, bundan əlavə özünü sünni dünyasının lideri kimi tanıtmağa çalışdı.

Həmişə Suriyalı qaçqınların müdafiəsi şüarını verən Ərdoğan indi isə bu qaçqınların “şərindən” necə qurtulmaq mövzusunda müxalifətlə rəqabət aparır. Türkiyənin daxili işlər naziri Süleyman Soylu Ərdoğanın suriyalı qaçqınların geri qaytarılması ilə bağlı layihə irəli sürməsini gözləmədən, sürpriz açıqlaması ilə bayram tətili üçün ölkələrinə gedən suriyalıların Türkiyəyə qayıtmasına icazə verilməyəcəyini bildirib!

Ərdoğanın növbəti seçkilərdə də qalib gələcəyini fərz etsək, o zaman onun son iyirmi ildə Müsəlman Qardaşları və Fələstini dəstəkləyən şüarlarından hansı qalacaqdır? Prezident kürsüsü fələstinlilərdən üz döndərməyə və israillilərə dostluq əli uzatmağa dəyərmi?!

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı