ABŞ-ın Ayda qazıntı aparmaq barədə məxfi layihəsi

QafqazTimes xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin 2017-ci ildə açıqlanan kosmik planlar ilə bağlı sənədlər toplusu 1600 səhifəlik fayl şəklində dərc edilib.

Euronews-un məlumatına görə, bu sənədlərin bir çox hissəsi ABŞ hökumətinin 2017-ci ildə “naməlum uçan obyektlər” və ya UFO-lar üçün məxfi tədqiqat proqramı kimi açıqlanan Qabaqcıl Aerokosmik Təhdidlərin Müəyyənləşdirilməsi Proqramı ilə bağlıdır ki, hazırda “tam məxfi” arxivindən çıxarılaraq VICE jurnalında dərc edilib. Media hökumətdən İnformasiya Azadlığı Qanununa əsasən sənədin təfərrüatlarını tələb edir.

Layihənin açıqlanan hissəsindən görünür ki, ABŞ Müdafiə Nazirliyinin tədqiqatçıları elan edilmiş ilkin plandan xeyli kənara çıxaraq, “Hollywood”-un elmi fantastik hekayələrinə daha çox bənzəyən heyrətamiz ssenariləri nəzərdən keçiriblər.

2007 və 2012-ci illər üçün nəzərdə tutulan bir neçə pilot layihələr arasında “Antimaddə mühərriki” proqramı da gözə dəyir. Bu proqrama “polad kimi möhkəm, lakin 100.000 dəfə yüngül materiallar əldə etmək” üçün atom bombaları və ya nüvə əritmə cihazlarından istifadə etməklə Ayda qazma əməliyyatları aparmaq daxildir.

Sənəddə deyilir: “Ayda tunellərin qazılması, əgər antimaddə ehtiyatlarının əldə olmasına səbəb olarsa, ulduzlararası kosmik uçuşda inqilab yarada bilər. Texniki cəhətdən belə tunelin tikintisi bir sıra nüvə əritmə avadanlıqları tələb edir.”

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO