Yəmən Ərəbistana məxsus casus PUA-nı vurub

QafqazTimes xəbər verir ki, Yəmən ordusu sözçüsünün məlumatına görə, çərşənbə günü Əl-Hiccə əyalətində Səudiyyə Ərəbistanına məxsus bir casus pilotsuz uçan aparatı vurulub.

Yəmən ordusunun sözçüsü Yəhya Səri bir tvitində yazıb: “Allaha şükürlər olsun ki, hava hücumundan müdafiə qüvvələrimiz bu gün səhər saatlarında Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus Çin istehsalı olan CH4 tipli silahlı kəşfiyyat pilotsuz təyyarəsini yerli istehsal olan “yer-hava” raketi ilə vura bildi.”

O, əlavə edib: “Bu pilotsuz təyyarə Əl-Hiccə əyalətinin Harz bölgəsinin hava məkanını pozarkən və razılaşdırılmış atəşkəs rejimini pozarkən hədəfə alınıb.”

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı müqəddəs Ramazan ayının ilk günündən Yəməndə iki aylıq atəşkəs elan edib, lakin təcavüzkar ərəb koalisiyası dəfələrlə atəşkəsi pozaraq, üzərinə götürdüyü öhdəliklərdən imtina edir.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO