Şeyx Xalid əl-Mulla: İmam Xameneinin rəhbərliyi ilə Qüds azad olunacaqdır

QafqazTimes xəbər verir ki, İraqın Sünni Alimləri İcmasının rəhbəri Şeyx Xalid əl-Mulla Fars Xəbər Agentliyinə müsahibəsində bildirib: “Ərəb ölkələrinin Fələstin məsələsi ilə bağlı süstlük və zəiflikdən əziyyət çəkdiyi bir vaxtda İmam Xomeyninin Beynəlxalq Qüds Gününü qeyd etmək təşəbbüsü İslam ümmətinin oyanışına səbəb olub.”

O, həmçin bildirib ki, İmam Xomeyninin (r.ə) dəvəti əslində uzun müddət qəflət yuxusundan sonra müsəlman ümmətinin vicdanını oyatdı. Biz xüsusilə hazırki şəraitdə Qüds gününü qeyd etməli və İmam Xomeyninin (r.ə) bu dəvətini xatırlamalı və İslam ümmətini ona dəvət etməliyik.

Sünni alimi Qüdsün tezliklə azad olunacağına ümid etdiyini ifadə edərək belə əlavə edib: “Bu hədəf dəvət bayrağını qaldıran Böyük Mücahid İmam Ayətullah Seyid Əli Xameneinin (həfəzəhullah) rəhbərliyi ilə reallaşacaqdır. İmam Xamenei gündəlik, aylıq, illik olaraq və hər vasitə ilə ümmətə müraciət edərək, onları Fələstində və Məscidül-Əqsadakı tarixi və dini hüquqlarından əl çəkməməyə çağırır.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…