İranın “Keyhan” qəzetinin manşeti Netanyahunu qəzəbləndirdi

QafqazTimes xəbər verir ki, sionist rejimin keçmiş baş naziri və Likiud partiyasının lideri Benyamin Netanyahu ötən gün axşam (cümə axşamı) İranla qarşıdurmaya çağırış edib.

Keçmiş baş nazir İranın “Keyhan” qəzetində və qəzetin manşetində dərc olunan xəbərlərə reaksiya olaraq şəxsi “Twitter” səhifəsində yazıb: “İsrail İranı diqqət mərkəzindən kənara qoymamalıdır. Hətta bu gün Holokost günündə onlar bu hadisəni inkar etməyə və bizim varlığımızı təhdid etməyə davam edirlər.”

Benyamin Netanyahu əlavə edib: “Biz xalqımızın təhlükəsizliyini və gələcəyini təmin etmək üçün əleyhimizə fəaliyyət göstərən İranın rəhbərlik etdiyi terror rejimlərinə qarşı əlimizdən gələni etməliyik.”

Related posts

ABŞ-ın əsil siması

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO