İsmayıl Qaaninin sionistlərə tövsiyəsi: Avropadakı evlərinizə geri dönün!

QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani Məşhəddə cümə namazı xütbələrindən əvvəl və Qüds günü yürüşçüləri arasında etdiyi çıxışında deyib: Qüds günü müsəlmanlar üçün ən gözəl günlərdən biridir. İmam Xomeyni (r.ə) bütün müsəlmanların həyatının ən mənəvi gününü Qüds günü olaraq təyin etdi.

O, əlavə edib: “İşğal olunmuş bu ərazilərdə xəbərlər ciddi senzuraya məruz qalır və nəzarət olunur ki, onların bir çox daxili problemləri üzə çıxmasın. İrqi ayrı-seçkilik pik həddə çatıb. Ən böyük ictimai təbəqələşmə bu rejim daxilindədir. Bunlar bir qrup irqçi şəxslərdir ki, dünyada bütün fitnə və fəsadın arxasında dayanırlar.”

İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı çıxışının son hissəsində deyib: “Bizim bu cinayətkar rejimə və bu torpağa aid olmayan insanlara bir sözümüz var: “Ağlınızı işlədin! Rejimin ömrü bitmək üzrədir. Avropa və Amerikadakı evləriniz və acınacaqlı həyat sürdüyünüz o yerlər bahalaşmayana və işğal olunmuş ərazilərdəki evlər ucuzlaşmayana qədər işğal olunmuş əraziləri tərk edərək, öz vətəninizə geri dönün!”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…