Ali Dini Lider Ayətullah Xameneinin Beynəlxalq Qüds Günü münasibətilə çıxışından seçmələr

  • Bir neçə dəqiqə sonra Beynəlxalq Qüds Günü münasibətilə İran İslam İnqilabının Rəhbərinin bəyanatı…
  • Növbəti dəfə Qüds Günü oldu. Əziz Qüds bütün dünya müsəlmanlarını səsləyir. Həqiqət budur, nə qədər ki, qəsbkar və cinayətkar sionist rejim Qüdsə hakimdir, ilin bütün günləri Qüds Günü olmalıdır. Əziz Qüds Fələstinin ürəyidir.
  • Fələstin xalqı hər gün ötən gündəkindən daha artıq nümayiş etdirir ki, misilsiz şücaəti ilə zalımın qarşısında dayanıb və dayanacaq. Gənclər öz fədakar əməliyyatları ilə Fələstinin müdafiə sipəri olub və fərqli bir gələcəklə müjdələyirlər.
  • Qəsbkar rejimin əsas hamisi olan Amerika özü ardıcıl məğlubiyyətlər yaşamaqdadır: Əfqanıstan müharibəsində, İrana maksimum təzyiq siyasətində, Asiya gücləri qarşısında, dünyaya iqtisadi nəzarətdə, ölkə daxilində idarəçilikdə məğlubiyyət və Amerika hakimiyyətində yaranan dərin çat!
  • Cenin şəhərinin hərəkətə gəlməsi sionist rejimi dəli edib. Hansı ki, 20 il qabaq qəsbkar rejim Nahariyyada bir neçə sionistin öldürülməsinə cavab olaraq Cenin düşərgəsində 200 nəfəri qətlə yetirdi ki, Cenin məsələsi birdəfəlik həll olsun.
  • Fələstində son illərdəki hadisələr sionist düşmənlə bütün saziş planlarını puça çıxardı. Çünki Fələstin xalqından, ölkənin həqiqi sahiblərindən xəbərsiz istənilən layihə icra olunası deyil. Yəni Oslo razılaşması, Əsrin müqaviləsi, əlaqələrin normallaşdırılması kimi bütün razılaşmalar batildir.
  • Sionist rejimin nəfəsi kəsilməkdədirsə də, yenə öz cinayətlərini davam etdirir. Qadınlar, uşaqlar, qocalar, silahsız gənclər qətlə yetirilir. İnsanları həbs edir, işgəncə verir, evləri dağıdır, əkin sahələrini məhv edirlər.
  • Ukrayna məsələsində qovğa qoparan Amerika və Avropadakı yalançı hüquq müdafiəçiləri sionist rejimin Fələstindəki saysız cinayətləri müqabilində ağızlarını qıfıllayıb susur, hətta qaniçən canavara kömək edirlər.

Related posts

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir

Usamə Həmdan: Rəfəhə hücum müzakirələrin dayandırılması deməkdir