Sərdar Fədəvi: Sionist rejimi mütləq 80 illiyini görməyəcək

QafqazTimes xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu komandanının müavini deyib: “Sionist rejimi mütləq 80-ci ildönümünü görməyəcək.”

İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini Sərdar Əli Fədəvi Qüds günü mərasimində bildirib: “Bu illər ərzində İslam İnqilabı çoxlu qələbələr qazanıb və inşallah, tezliklə Fələstinin fəthini də qeyd edəcək.”

O, əlavə edib: “Bu gün İsraillə mübarizə İran cəbhəsi ilə məhdudlaşmır, bütün dünya müsəlmanları bu xərçəng şişi ilə mübarizə aparmaq üçün qəsbkar sionist rejimə qarşı cəbhə yaradıblar.”

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini həmçinin deyib: “Qüds günündə sionist rejimin rəhbərlərinə bu ismarıcım budur ki, bu rejim mütləq 80-ci ildönümünü görməyəcəkdir.”

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?