Qılıncdaroğlu: Ərdoğan və yüksək vəzifəli məmurlar ölkədən qaçmaq niyyətindədirlər

QafqazTimes xəbər verir ki, Türkiyənin ana müxalifət partiyasının lideri çərşənbə axşamı günü prezident Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyasının yüksək vəzifəli məmurlarının gizli şirkətlər vasitəsilə xaricə pul transferini nəzərə alaraq, Türkiyədən qaçmağa hazırlaşdıqlarını iddia edib.

“Ahvalnews” saytının məlumatına görə, bu sözləri Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Qılıncdaroğlu parlamentdə partiyasının nümayəndələri ilə görüşü zamanı deyib.

Qılıncdaroğlu Türkiyə prezidentinin qaçmağa hazırlaşdığını iddia edib. Cümhuriyyət Xalq Partiyasının lideri Ərdoğana müraciətlə, “Bunu inkar etməyə çalışmayın, biz bütün həqiqəti bilirik və bütün sənədlərimiz var” deyib.

Qılıncdaroğlu əlavə edib ki, məsələ ilə bağlı daha ətraflı məlumat verəcək.

Qeyd edək ki, Türkiyə müxalifətinin əsas liderinin bu iddiaları 2023-cü ilin yayına planlaşdırılan növbəti seçkilər ərəfəsində Ərdoğan hökumətinin iqtisadi böhranla təhdid edildiyi bir vaxta təsadüf edir. Türkiyənin pul vahidi olan lirə də son illərin ən böyük devalvasiyasını yaşayıb.

Related posts

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

ABŞ beynəlxalq məhkəməni hədələyir!