Çin xəbərdarlıq etdi: Birləşmiş Ştatlar ağır bədəl ödəyəcək

QafqazTimes xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin çərşənbə axşamı ABŞ prezidenti Co Baydenin Tayvanla bağlı son açıqlamalarına reaksiya olaraq xəbərdarlıq edib: “Birləşmiş Ştatlar Tayvanla bağlı tutduğu yanlış yola davam edərsə, dözülməz bir bədəl ödəyəcəkdir.”

Tass xəbər agentliyinin məlumatına görə, çinli diplomat deyib: “Birləşmiş Ştatlar “vahid Çin” prinsipi ətrafında sözlərlərlə oynamaqda davam edir. Amma Amerika tərəfinə xatırlatmaq istəyirəm ki, dünyada, hətta Birləşmiş Ştatların daxilində belə Tayvanın separatçı qüvvələrini məğlubiyyətdən xilas edə biləcək güc yoxdur.”

Sözçünün sözlərinə görə, Birləşmiş Ştatlar Tayvan məsələsində verdiyi vədləri pozaraq “Vahid Çin” prinsipini aradan aparıb. Bundan əlavə, gizli və açıq şəkildə Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətləri dəstəkləyib.

Vanq Venbin sözünün davamında bildirib: “Birləşmiş Ştatlar səhv edərsə, bu, nəinki Çin-ABŞ münasibətləri üçün dönməz nəticələrə səbəb olacaq, həm də ABŞ-ı dözülməz bədəl ödəməyə məcbur edəcək. Çinin tam özünə etimadı və qüdrəti vardır və Tayvanın müstəqilliyinə yönəlmiş separatçı fəaliyyətləri və xarici müdaxilələri iqtidarla cilovlamağa, öz suverenliyini və ərazi bütövlüyünü tərəddüd etmədən müdafiə etməyə hazırdır.”

Qeyd edək ki, Bayden bazar ertəsi Yaponiyanın baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Tayvana hərbi zərbə endirəcəyi təqdirdə hərbi müdaxiləyə hazırdır. Məhz bu sözlər Çinin əks reaksiyasına səbəb oldu və Çinin bu reaksiyası Ağ Ev rəsmilərini və daha sonra Baydenin özünü geri çəkilməyə məcbur etdi.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…