Yair Lapid: Ankara-Təl-Əviv iqtisadi əlaqələri görünməmiş səviyyəyə çatıb

QafqazTimes xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü işğal altındakı Qüdsdə müvəqqəti sionist rejimin xarici işlər naziri Yair Lapidlə görüşdən sonra onunla birgə mətbuat konfransında iştirak edib.

Mətbuat konfransında ilk çıxış edən Lapid deyib: “Türkiyə ilə münasibətlər həm müvəffəqiyyətlərin, həm də uğursuzluqların şahidi olub. Türkiyə İsraili tanıyan ilk müsəlman ölkəsidir.”

Sky News-un məlumatına görə, o, Türkiyə ilə iqtisadi əməkdaşlığın durmadan artdığını qeyd edərək əlavə edib: “Biz Türkiyə ilə münasibətlərdə irəliləyiş görəcəyimizi gözləyirik. Türkiyə ilə iqtisadi mübadilələr görünməmiş səviyyəyə çatıb.”

Sionist rəsmisi belə davam edib: “Bu gün biz Türkiyə ilə əlaqələrimizi gücləndirmək üçün yeni layihə çərçivəsini başlatmışıq və məqsədimiz müxtəlif səviyyələrdə iqtisadi əlaqələri gücləndirməkdir.”

Məlumata görə, Ankara və Təl-Əviv arasında mədəni mübadilələrə toxunan Lapid deyib: “Minlərlə israilli Türkiyəyə turizm üçün səfər edir.”

Türkiyənin xarici işlər naziri isə mətbuat konfransında çıxışı zamanı deyib : “İsraildə konstruktiv danışıqlarım oldu. İsraillə münasibətlərin yaxşılaşdırılması regionda sülhün əldə olunmasına kömək edəcək.”

Anadolu xəbər agentliyinin məlumatına görə Çavuşoğlu həmçinin deyib: “Türkiyə ilə İsrail arasında digər rəsmi görüşlər də keçiriləcək. Biz İsraillə əlaqələri gücləndirmək və inkişaf etdirmək qərarına gəldik.”

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

1 şərh

Nadine Easty İyun 2, 2022 - 4:46 səhər

EASE YOUR PAIN IN 10 MINUTES EFFORTLESSLY

Be Free from Neck Pain
Try NeckFlexer & Relieve Neck Pain Effortlessly In 10 Min!
Save 50% OFF + FREE Worldwide Shipping

Shop Now: neckflexer.online

Nadine
Qafqaz Times –

Add Comment