Ölkədən qaçan sabiq Baş Qərargah rəisi HƏBS EDİLDİ: Bir qrup hərbçi ilə….

Keçmiş Baş Qərargah rəisinin saxlanılması Gürcüstan hökumətinin tələbi əsasında baş tutub.

Gürcüstanın sabiq Baş Qərargah rəisi Georgi Kalandadze Almaniyanın paytaxtı Berlində saxlanılıb.

Məlumata əsasən, G.Kalandadze 2012-ci ildə Gürcüstan vətəndaşı Elberd Koberidzenin işgəncə və qanunsuz həbsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Xatırladaq ki, Georgi Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Mixail Saakaşvilinin prezidentliyi dövründə Baş Qərargah rəisi vəzifəsində çalışıb. 2014-cü ildə hakimiyyət dayişəndən sonra o bir qrup hərbçi ilə Ukraynaya yollanıb.

Qeyd edək ki, Gürcüstan tərəfi bu barədə hələlik rəsmi açıqlama verməyib.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO