Almaniyada rəzalət. Oyun təxirə salındı (Video izlə)

Almaniyada baş tutan “MSV Duysburq” – “Osnabrük” matçı qonaq komandanın futbolçusu Aaron Opokuya qarşı tribunalardan irqçi şüarlar səsləndirildiyi üçün dayandırılıb.

Matçın 36-cı dəqiqəsində Opoku azarkeşlər tərəfindən meymun səsləri çıxarılmaqla irqçi təhqirlərə məruz qalıb. Bu hadisədən dərhal sonra hakim hər iki komandanı paltardəyişmə otağına göndərib və matça fasilə verilib. 

Qonaqların meneceri Mixael Vellinq, Opoku’nun bu hadisədən çox təsirləndiyini bildirərək, məsələni paltardəyişmə otağında müzakirə etdiklərini deyib. Futbolçunun oyuna davam edəcək durumda olmadığını və komanda şəklində bir daha oynamamaq qərarına gəldiklərini söyləyib. O, bu hadisənin təkcə Duysburq və ya Osnabrükdə deyil, sosial problem olduğunu deyib.

Meydan sahibi Duysburqun mətbuat katibi Martin Haltermann da bunun klub tarixində ən pis nöqtə olduğunu deyərək baş verənlərə görə üzr istəyib. Haltermann, “Osnabrük”ün qərarını anladıqlarını ifadə edərək, irqçi şüarlar səsləndirən şəxsin izləyicilərin köməyi ilə müəyyən edildiyini açıqlayıb.

Almaniya Futbol Federasiyasının (DFB) vitse-prezidenti Rayner Koç da irqçi hadisəni pisləyib və bunun qəbuledilməz olduğunu deyib. Koç irqçi şüarlar səsləndirənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını istəyib.

DFB-nin açıqlamasında hadisənin təhqiqatını federasiya nəzdindəki nəzarət komissiyasının öz üzərinə götürəcəyi, idman məhkəməsinin isə gələcəkdə matçla bağlı qərar verəcəyi qeyd edilib.

Related posts

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO

Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO