Kabildə İran səfirliyinin qapısına güllər səpildi + Video

QafqazTimes xəbər verir ki, çoxlu sayda Əfqanıstan vətəndaşı çərşənbə günü (13 aprel) İranın Kabildəki səfirliyi qarşısında cəm olaraq, İran və Əfqanıstan xalqını iki xalqın düşmənlərinin fitnələrinə qarşı ayıq olmağa çağırıb.

İranın diplomatik obyektlərinə hücumu pisləmək üçün Kabildə keçirilən bu mitinq birgə bəyanatın oxunması ilə başa çatıb.

Kabil əhalisinin “Fitnəçilərə yox” adlı böyük toplantısının yekun bəyanatı belə olub:

“Bu toplantı düşmənlərə və münafiqlərə uca səslə yox demək və qardaş İran və Əfqanıstan xalqı arasında gözəl həmrəylik nişanəsidir. Biz İran və Əfqanıstan hökumətlərini düzgün idarəetmə ilə düşmənlərin təfriqə salmalarına mane olmağa və düşmənlərin bu cür dağıdıcı cərəyanlarının qarşısını almağa çağırırıq.

Bu gün və həmişə iki qəhrəman və mücahid xalqın birliyi üçün fəryad edəcəyik ki, bu, düşmənin fitnələrinə qarşı uca bir çağırış və iki xalqın həmrəyliyi və dostluğu üçün bir nida olsun.

Əgər dünən bir sıra qərəzli şəxslər İranın Heratdakı konsulluğunun qapısına daş atıblarsa, bu gün əfqan xalqı adından qardaşlıq və dostluq əlaməti olaraq İranın Kabildəki səfirliyinin qapısını güllər səpəcəyik.”

Related posts

Yəhudilər qaçır!

Amerika yəhudiləri Netanyahunu biabır etdi

ABŞ-ın 16 ştatında keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib